#

Təhlükəsizlik sistemləri

Təhlükəsizlik sistemləri

Təhlükəsizlik sistemləri

BİTS təhlükəsizlik, mühafizə, qoruma, siqnalizasiya, habelə videonəzarət sistemlərinin layihələndirməsi və quraşdırılması üzrə ixtisaslaşır. İndiyədək müxtəlif sahələrə aid olan obyektlərdə hazırlayıb quraşdırdığımız təhlükəsizlik sistemləri uğurla istifadə edilməkdədir.
Son dövrdə videonəzarət təhlükəsizlik sistemləri kompleksinin mühüm tərkib hissəsinə çevrilib. Belə bir alət bir çox ticarət və sənaye obyektləri üçün artıq birmənalı olaraq zəruridir. Müxtəlif mağaza, bank, avtomobil parketmə yerləri, içində böyük həcmdə mal və vəsait olan digər obyektlərdə cinayətlərin önlənməsi, hüquq pozuntularının qeydə alınması üçün burada videonəzarətə ciddi ehtiyac var. Müəssisələr və sənaye obyektləri müşahidə kameralarından nəzarət, icazəsiz girişlərin önlənməsi, təhlükəsizliyin təmin olunması üçün istifadə olunur. Bununla yanaşı, şirkət aşağıdakıları təklif edir:

  • təsdiqlənmiş standartlara uyğun, eyni zamanda, konkret tələbləri nəzərə almaqla videonəzarət sistemlərinin quraşdırılması,
  • videonəzarət sistemlərinin günün 24 saatı ərzində monitorinqi, baş verən insidentlərə qarşı dərhal əks-tədbirlərin görülməsi,
  • videonəzarət sistemlərinin uzaqdan və gizli idarəolunması,
  • mövcud videonəzarət sistemlərinin texniki baxımı və təmiri, eləcə də köhnə və zərər çəkmiş sistemlərin bərpası və modernizasiyası,
  • tam gizlilik təmin olunaraq sistemə dünyanın istənilən nöqtəsindən girişin və mobil qurğu üzərindən monitorinqinin təqdim olunması