#

1C Proqramı

1C Proqramı

1C Proqramı

"1C:Müəssisə", vahid prinsiplər üzrə və vahid texnoloji platformada qurulan tətbiqi proqramlar sistemidir.

"1C:Müəssisə" proqramlar sistemi dinamik inkişaf edən müasir müəssisələr qarşısında duran uçotun və idarəetmənin avtomatlaşdırılması üzrə geniş spektrli məsələlərin həlli üçün nəzərdə tutulub.

"1C:Müəssisə" əsası 1991-ci ildə qoyulmuşdur. "1C:Müəssisə" proqram təminatı müştərilər üçün müntəzəm (düzgün) informasiyanı və texnoloji (texniki) dəstəyi təmin edir. 
"1C:Müəssisə" proqramı müxtəlif fəaliyyət təyinatlı və istənilən sahibkar forması olan müəssisə və təşkilatların uçot prosesinin avtomatlaşdırılmasında geniş imkanlar verir. "1C:Müəssisə" proqramı mühasibat, kadrlar, operativ ticarət, anbar və istehsalat uçotunun effektiv təşkilini təmin edir.