#

Konsaltinq xidmətləri

Konsaltinq xidmətləri

Konsaltinq xidmətləri

Konsaltınq sahəsinə aid təkliflərimiz IT infrastrukturanın quruluşu, avtomatlaşdırması və optimallaşdırılması ilə bağlı xidmətlərin olduqca geniş spektrini nəzərdə tutur. Ekspertlərimizin bacarıq və səriştələri müxtəlif sahələrdə fəaliyyət güstərən şirkətlərin sifarişlərini yerinə yetirərkən qazandıqları təcrübəyə söykənir. Müştəri şirkətin problemlərini aşkarlamaq məqsədilə BİTS IT auditləri həyata keçirir və nəticələrə əsaslanaraq müvafiq tövsiyələr hazırlayır. Həmin nəticələrdən asılı olaraq BİTS mütəxəssisləri müştəri şirkətə biznes proseslərinin, IT fəaliyyətinin aralıqsız davam etməsində, IT infrastrukturanın və bura daxil olan bütün sistemlərin səmərəliliyinin artırılmasında, kompleks infrastrukturanın inkişafına ayrılmış xərclərinin azaldılmasında, habelə IT sahəsinin restrukturizasiyasının layihələşdirməsində və investisiyaların qaytarılmasının təmin edilməsində köməklik edə bilər. Bits ekspertləri həmçinin müxtəlif IT sahələri üzrə xüsusi konsaltinq xidmətləri təqdim edirlər