#

Şəbəkəqurma xidmətləri

Şəbəkəqurma xidmətləri

Şəbəkəqurma xidmətləri

Şirkətimiz lokal və ya geniş əraziyə yayılmış məlumatötürmə şəbəkələrin qurulması üzrə təhlükəsiz, etibarlı həllərin yaradılması və dəstəklənməsi, telefoniya həllərinin tətbiq olunması, müxtəlif şəbəkə servislərinin, o cümlədən, səsli, videoötürmə və s. servislər üzrə keyfiyyətli xidmət təqdim edir. Biznesinizin tələbatlarına uyğun olaraq seçdiyiniz xidmətlərimizdən faydalanaraq, nəinki telekommunikasiya texnologiyalarının müsbət təsirini artırmaq, eləcə də IT sahəsinə xərclədiyiniz vəsaitləri optimallaşdırmaq mümkündür. Biz həcmi daim artan məzmunla bulud mühitində işləmək üçün tələb olunan çoxsaylı qurğuları, onların yüksək ötürmə qabiliyyətlini təmin edən həm simli, həm simsiz konvergent mühitlərin yaradılması üçün müştərilərimizin korporativ şəbəkələrini müvafiq avadanlıqla yenidən təchiz etməyə kömək edirik.
Cisco Systems ilə tərəfdaşlıq çərçivəsində BİTS sifarişçiyə iş prosesini asanlaşdırmağa, biznesi lider mövqelərinə yüksəltməyə yönəldilmiş inqilabi həllər təklif edir. Bu həllər marşrutizatorlardan, kommutatorlardan, birləşdirilmiş kommunikasiyalardan istifadə etməyi nəzərdə tutur və müştərək iş texnologiyalarına əsaslananır. Nəticədə işin məhsuldarlığı artır, birləşdirilmiş kommunikasiyalar (o cümlədən, səs şlüzü, çağrıları emaletmə alətləri, avtomatik cavablandırma, səsli poçt, konfrans rabitə cihazları, məlumat təhlükəsizliyi vasitələri və s.) əsasında bir neçə xidmətin eyni zamanda fəaliyyət göstərməsini təmin edən universal, genişliyi dəyişəbilən platforma yaradılır.